Leonardo Di Kaprio və sevgilisi Vittoriya Çeretti birlikdə istirahət edərkən görüntüləniblər.
OLAY yazır ki, cütlük Nyu-Yorkda velosiped gəzintisinə çıxıb. 51 yaşlı aktyor gəzinti üçün gündəlik üslubda geyim seçib: ağ köynək, qəhvəyi şort, qəhvəyi beysbol papağı, gün eynəyi və boz üz maskası taxıb. 28 yaşlı italiyalı supermodel isə qırmızı mayka, cins şalvar və qara şlapan geyinib, çiyinlərinə ağ sviter atıb.
Qeyd edək ki, 2023-cü ildən etibarən Leonardo Di Kaprio model Vittoriya Çeretti ilə münasibətdədir.