Türk istehsalı “Eşref Tek” serialı “Prime Video”nun yeni mövsümdə ən iddialı yerli layihələrinin başında gəlir.
OLAY yazır ki, Çağatay Ulusoyun “Eşref Rüya” fenomenini rəqəmsal platformaya daşıyan serialın güclü aktyor heyətinə daha bir aktrisa qoşulub.
Son olaraq “Doğanın Kanunu” serialında “Vera” obrazını canlandıran Kübra Balcan “Eşref Tek” layihəsi ilə razılığa gəlib.
Balcan serialda “Aysel” obrazına həyat verəcək və “Kadir”in (Görkem Sevindik) tərəf müqabili olaraq tamaşaçıların qarşısına çıxacaq.