Evliliyə hazırlaşan türk müğənni Zeynep Bastık və aktyor Serkay Tütüncü birlikdə çıxdıqları Çeşmə tətilində görüntüləniblər.
OLAY yazır ki, 33 yaşlı Zeynep Bastık sevgilisi ilə dənizin və günəşin zövqünü çıxarıb. Bir-birini öpüşlərə qərq edən cütlüyün romantik anları fotoqrafların obyektivinə də əks olunub.