Məşhur türk aktyor Can Yaman İtaliyada etdiyi imic dəyişikliyi ilə gündəmə gəlib.

OLAY yazır ki, uzun müddətdir saqqallı görünüşü ilə tanınan aktyor illər sonra ilk dəfə saqqalını kəsdirib.

Yamanın yeni görünüşü izləyiciləri iki yerə bölüb. Onların bir qismi “Daha gənc görünürsən”, “Əvvəlki halına qayıtmısan” kimi şərhlər yazarkən, bəziləri isə “Bu halına öyrəşmək vaxt alacaq” ifadələrini işlədib.

Can Yamanın yeni imici - Foto