Dünya ulduzları hər zaman tədbirlərdə, film qalalarında, mükafatlandırma mərasimlərində ən diqqətçəkən olmaq üçün yarışırlar. Onlar ən fərqli və şıq kombinasiyaları ilə qırmızı xalıda pozalar verirlər. Bu il də ulduzlar öz ənənələrinə sadiq qalaraq tədbirlərdə iddialı libasları ilə rəqabət apardılar. 

OLAY 2022-nin ən çox danışılan 5 qırmızı xalı görüntüsünü təqdim edir:

Çox zaman gözdən uzaq olmağı sevən amerikalı model Kaia Qerber “Academy Museum” qalasındakı transparan libası ilə yadda qalıb. Tüldən, qara və bənövşəyi rəngdən ibarət libas onun gecənin ən çox danışılan siması edib. 

Ən çox danışılan 5 qırmızı xalça geyimi

“Billboard” musiqi mükafatları üçün qırmızı xalıda poza verən Doca Kətin fərqli libası ilin ən diqqətçəkənləri sırasındadır. Onun sinə hissəsi tamamilə tül və xırda detallardan ibarət paltarı fərqli aksesuarlarla kombinasiya etməsi, həmçinin sıx yığılı saç stili olduqca bəyənilib. 

Ən çox danışılan 5 qırmızı xalça geyimi

2021-in sonlarında hamilə olduğunu açıqlayan dünyaca məşhur müğənni Rihannanın yeni görünüşü ilə ilk dəfə qırmızı xalıda poza verməsi hələ də yaddaşlardadır. Onun öz brendi olan “Fenty Beauty”nin tədbirinə parıltılı iplərdən ibarət yaşıl üst geyim və eyni stildə çəhrayı şalvarla qatılması maraqla qarşılanıb.

Ən çox danışılan 5 qırmızı xalça geyimi

Dakota Conson “Met Gala”dakı tparça libası və aksesuarları ilə uzun müddət gündəmdə qaldı. 

Ən çox danışılan 5 qırmızı xalça geyimi

Rita Ora “CFDA” dəb mükafatlandırma mərasimində supərisindən ilhamlandı. Transparan libası və açıq alt geyimi Ritanı ilin ən çox danışılan simaları sırasına daxil etdi.

Ən çox danışılan 5 qırmızı xalça geyimi