Aktrisa Ancelina Colinin görüntüləri viral olub.

OLAY yazır ki, Coli Şanxayda “Tom Ford” brendinin tədbirində iştirak edib və pərəstişkarları onun indiki görünüşünə təəccüblənib.

İstifadəçilər Colinin gözləri və üzünün dəyişdiyini yazıb. Bəzi insanlar həmçinin kameralar qarşısında onun qəribə davrandığını, hərəkətlərinin ləng,  baxışlarının diqqətsiz olduğunu qeyd ediblər.

Bunun ardından şəbəkədə fərziyyələr artıb. Bəziləri aktrisanın estetik əməliyyatlarla çox irəli getdiyini , digərləri isə onun üz iflicinin kəskinləşdiyini irəli sürüb.

Bir çox istifadəçilər iddia ediblər ki, qırmızı xalçada aktrisanın özü yox, oxşarı olub.

Bu görüntüdəki Ancelina Coli deyildi? Bu görüntüdəki Ancelina Coli deyildi? Bu görüntüdəki Ancelina Coli deyildi?