Aktyor Bred Pitt digər məşhurlarla birlikdə Corc və Amal Kluninin təsis etdiyi “Clooney Foundation for Justice” xeyriyyə təşkilatının gecəsində iştirak edib.
OLAY yazır ki, 62 yaşlı aktyoru tədbirdə sevgilisi İnes de Ramon müşayiət edib.
33 yaşlı İnes gecə üçün boz-mavi çalarda, yarımşəffaf krujevalı don seçib, Bred isə klassik smokinq geyinib. Artıq dörd ildən çoxdur birlikdə olan cütlük fotoqraflara qucaqlaşaraq poz verib.