Müğənni Beyons nadir hallarda ictimaiyyət qarşısına çıxsa da, bu dəfə həyat yoldaşı Cey-Z-ni dəstəkləməyə qərar verib.
OLAY yazır ki, 44 yaşlı Beyons və həyat yoldaşı, 56 yaşlı reper Cey-Z Nyu-Yorkda yerləşən Roc Nation ofis binasından çıxarkən görüntüləniblər. Onlar Jay-Z-nin “Reasonable Doubt” albomunun 30 illik yubiley tədbirinə qatılıb.
Qeyd edək ki, bu albom Jay-Z-nin debüt studiya albomudur və hip-hop tarixində mühüm layihələrdən biri hesab olunur.