Dünyaca məşhur model Bella Hadid “World Mental Health Day” (Dünya Ruh Sağlamlığı Günü) münasibəti ilə paylaşım edərək illərdir yaşadığı depressiya və narahatlıqla mübarizəsindən danışıb.

OLAY yazır ki, model bu hisslərin bəzən onu tamamilə iflic etdiyini və həyatın parlaq göründüyü anlarda belə özünü ağır və görünməz hiss etdiyini bildirib. Hadid əlavə edib ki, illər keçdikcə mübarizəsini zəiflik kimi deyil, həyatının bir parçası kimi qəbul etməyi öyrənib.

Qeyd edək ki, Dünya Ruh Sağlamlığı Günü hər il insanların psixoloji sağlamlıq mövzusuna diqqət çəkmək,maarifləndirmə aparmaq məqsədi ilə qeyd olunur.