Məşhur türk aktyor Barış Arduç qızı Jan Asya ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.

OLAY yazır ki, ata-qızın səmimi görüntüləri qısa zamanda izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və çoxsaylı bəyənmə toplayıb.

Qeyd edək ki, Barış Arduç və həyat yoldaşı, aktrisa Gupse Özay 2022-ci ildə Jan Asya adını verdikləri qızlarının dünyaya gəlməsi ilə ilk dəfə valideyn olmağın sevincini yaşayıblar.

Barışın qızı ilə paylaşımı