Rusiyada fəaliyyət göstərən azərbaycan əsilli şoumen Timur Rodrigez və onun 35 yaşlı sevgilisi Katya Kabak toya hazırlaşırlar.
OLAY yazır ki, nişan barədə Rodrigez İnstaqramda elan edib və Moskvadakı “Xudojestvennıy” kinoteatrının fonunda çəkilmiş bir neçə şəkil paylaşıb. “O “hə!” dedi” deyə 46 yaşlı şoumen fotoları şərh edib. Şəkillərdə Rodrigez və Kabak teatrın qarşısında poz verir, qucaqlaşıb öpüşürlər.
Xatırladaq ki, cütlüyün münasibəti 2023-cü ildə şoumenin səs-küylü boşanma prosesi fonunda başlayıb. Rodrigez iki oğlunun anası Anna Devoçkina ilə 16 illik evlilikdən sonra 2025-ci ilin mayında boşanıb, təşəbbüs də məhz Timurdan gəlib və o, qərarını həyat yoldaşına telefonla bildirib. Bundan sonra o, Kabakla birlikdə ictimaiyyət qarşısına çıxmağa başlayıb və bu, sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub.
Bir çoxları nikahın məhz xəyanət səbəbindən dağıldığını düşünüb.