Türk aktrisa Yıldız Çağrı Atiksoy özü kimi aktyor olan həyat yoldaşı Berk Oktay ilə yay tətili mövsümünü Bodrumda açıb.
OLAY yazır ki, aktyor cütlük Gümbetdəki bir çimərlikdə görüntülənib və günəşli havanın dadını çıxarıb. Bir müddət sonra istidən bunalan Yıldız Çağrı Atiksoy və Berk Oktay dənizə giriblər.