Türkiyənin məşhur müğənnisi Ajda Pekkan İstanbul konsertindəki çıxışı ilə diqqət çəkib.
OLAY yazır ki, süperstar gecənin sürprizini “Manifest” qrupu ilə edib. Pekkan əfsanəvi hiti “Bambaşka Biri” mahnısını qızlarla duet oxuyub.
Ajda gənc ifaçılarla bağlı fikirlərini bölüşüb: “Siz möhtəşəmsiniz, qızlar. Mən sizin arxanızdayam. Sizinlə birlikdə bir mahnı hazırlayacağıq”.
Ustad sənətçinin bu sözləri “Manifest” qızlarını da təəccübləndirib.