Sosial şəbəkələrdə 45 yaşlı braziliyalı supermodel və “Victoria's Secret”in ən məşhur “mələk”lərindən biri olan Adriana Limanın xarici görünüşündəki dəyişikliklər müzakirə olunur.

OLAY yazır ki, məşhurun son vaxtlar ictimaiyyət arasına çıxışlarını şərh edən bir çox insan onun üzünün tamamilə fərqli göründüyünü vurğulayıb: dartılmış dəri, korreksiya olunmuş üz ovalı və daha incə xətlər diqqətdən qaçmayıb. İzləyicilər modelin üz gərdirmə əməliyyatı etdirdiyini, həmçinin botoks və dolğu iynələri vurdurduğunu, eləcə də yanaq sümüklərini daha qabarıq göstərmək üçün torbalarını aldırdığını ehtimal edirlər.

Adriananın dəyişimi diqqət çəkdi Adriananın dəyişimi diqqət çəkdi Adriananın dəyişimi diqqət çəkdi