Gənc sevgilisi ilə gündəmdən düşməyən aparıcı Mehmet Ali Erbil uşaq istədiyini açıqlayıb.

OLAY yazır ki, 66 yaşlı məşhur yenidən evlənib, övlad sahibi olmaq istədiyini deyib:

“Uşaq yenidən doğulmaq kimi bir şeydir. Məncə, digər övladlarımın da xoşuna gələr. Ailəmizə yeni enerji, həyəcan qatar”.

Qeyd edək ki, Erbilin sevgilisi Gülseren Ceylanın 26-ı yaşı var.

Onu da xatırladaq ki, üç övladı olan aparıcının kiçik qızı Yasmin atasından atalıq görmədiyini, onun gənc qızlarla sevgili olmasından xoşunun gəlmədiyini bildirmişdi.

66 yaşında yenidən ata olmaq istəyir