“Karib Dənizinin Quldurları” və “Üzüklərin Hökmdarı” kimi məşhur film franşizalarının ulduzu Orlando Blum sosial şəbəkələrdə ideal bədən quruluşunu nümayiş etdirərək böyük səs-küy yaradıb.
OLAY yazır ki, 49 yaşlı aktyor istirahətini keçirdiyi bağ evindən diqqətçəkən fotosunu paylaşıb.
Sənətçi sərin suda belinə qədər dayanaraq kamera qarşısında poz verib. O, qarın əzələlərini nümayiş etdirib və bu görüntüləri pərəstişkarlarının böyük marağına səbəb olub.