Viktoriya və Devid Bekhem övladları ilə birlikdə ailələri üçün xüsusi əhəmiyyət daşıyan Portofinoda istirahət edirlər.
OLAY yazır ki, məhz burada, 1997-ci ildə futbolçu ilə “Spice Girls” qrupunun solisti arasında münasibətlər başlayıb. Cütlük tətil fotolarını sosial şəbəkələrdə paylaşıb.
52 yaşlı Viktoriya və 51 yaşlı Devid Bekhem 29 il əvvəl münasibətlərinin ilk günlərində mətbuatdan uzaqlaşaraq həftəsonunu birlikdə keçirmək üçün qaçdıqları Portofinodakı eyni oteldə yerləşiblər. Viktoriya həyat yoldaşı ilə birlikdə kurortda çəkdirdiyi fotoları paylaşaraq “1997-ci ildə hər şeyin başladığı Portofinoya yenidən qayıtdıq. Səni sevirəm” sözlərini yazıb.