Müğənnilər Şakira və Beyons zamanın onlara təsir etmədiyini bir daha sübut edərək, 21 il əvvəl çəkdirdikləri birgə fotonu yenidən təkrarlayıblar.
OLAY yazır ki, müğənnilər 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun açılış mərasimində bir araya gəliblər.
Şakiranın sosial şəbəkə hesablarında paylaşdığı birgə fotoda hər iki ulduz, 21 il əvvəl “Beautiful Liar” hiti üzərində çalışdıqları dövrdə olduğu kimi, yenə də gənc və cazibədar görünür.