Rusiya imperatriçəsi II Yekaterinaya məxsus qızıl möhür Böyük Britaniyada keçirilən hərracda təxminən 28 min dollara satılıb.

OLAY yazır ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

“Möhür 1780-ci illərə aiddir, ondan Rusiya imperator sarayında rəsmi möhür kimi istifadə olunurdu”, -  deyə nəşrdə deyilir.

Qeyd olunur ki, 22,9 min funta (27,7 min dollar) satılan möhürdə şir və at təsvir edilib. O, kəsici Çarlz Braun tərəfindən yaradılıb.