Bred Pittin baş rolda oynadığı “Kliff Butun növbəti macəraları” filminin treyleri işıq üzü görüb.

OLAY yazır ki, Devid Finçerin rejissorluğu ilə ərsəyə gələn bu film Kventin Tarantinonun “Bir vaxtlar Hollivudda” ekran əsərində ilk dəfə qarşılaşdığımız “Kliff But” obrazının hekayəsini davam etdirir.

Ekran əsərinin premyerası noyabrın 25-dən etibarən iki həftə ərzində bütün dünyada “IMAX” kinoteatrlarında nümayiş olunacaq. Dekabrın 23-dən isə film “Netflix” platformasında izləyicilərə təqdim ediləcək.

Qeyd edək ki, Bred Pitt 2020-ci ildə məhz bu rola görə “Ən yaxşı ikinci dərəcəli kişi rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.