Məşhur türk aktrisa Vahide Perçini serial setlərinə qaytaracaq, adı “Centilmen” olan serial maraqla gözlənilir.
OLAY yazır ki, Asena Bülbüloğlunun rəhbəri olduğu “MF Yapım” şirkətinin “NOW” kanalı üçün çəkəcəyi layihənin sentyabrın sonunda çəkilişlərə başlaması planlaşdırılır. Ece Erdek Koçoğlunun rejissorluq edəcəyi, Mustafa Becitin ssenarisini yazdığı serialda gənc baş rol ifaçısının kim olacağı maraq doğururdu.
Kulis məlumatlarına görə, bu rol gənc nəslin sevilən ulduzu Kaan Miraç Sezenə həvalə olunub. Son olaraq “Sahipsizler” serialında tamaşaçı qarşısına çıxan Sezen layihədə “Arif” obrazına həyat verəcək.
“Altınkıran Holding”də yaşanan güc mübarizələrini və üstü örtülmüş ailə sirlərini ekrana daşıyacaq serialda Vahide Perçin “Süreyya Altınkıran” obrazını canlandıracaq. Serial Süreyyanın illər sonra tapdığı və varlıların dünyasından çox uzaq olan nəvəsi Arifi əsl centlmenə çevirmək hekayəsindən bəhs edir.