Məşhur türk aktrisa Neslihan Atagül ana olduqdan sonra ara verdiyi aktyorluq fəaliyyətinə geri qayıdır.
OLAY yazır ki, oğlu Aziz mart ayında 1 yaşını tamamladıqdan sonra Atagül yeni mövsüm üçün təqdim olunan çoxsaylı layihələri dəyərləndirib.
Məlumata görə, Neslihan Atagül yenidən “Ay Yapım” ilə əməkdaşlıq barədə razılığa gəlib. Məşhur aktrisa şirkətin hazırladığı iddialı bir layihə ilə ekranlara qayıdacaq.
Xatırladaq ki, Atagül son olaraq 2023-cü ildə yayımlanan “Gecenin Ucunda” serialı ilə tamaşaçı qarşısına çıxmışdı.