Aktyorlar Marqaret Kuolli və Kallum Törner qarşıdan gələn “Possession” filminin gərgin səhnələrindən birini lentə alıblar.

OLAY yazır ki, 31 yaşlı aktrisa Nyu-Cersi küçələrində çəkiliş zamanı bənövşəyi rəngli libasda görüntülənib. O, 36 yaşlı Kallum Törnerlə mübahisə səhnəsini canlandırarkən paparatsiyaların obyektivinə tuş gəlib.

Filmin rejissoru “Smile” franşizasının yaradıcısı Parker Finn olacaq.

Qeyd edək ki, aktyor Kallum Törner bir müddət əvvəl müğənni Dua Lipa ilə ailə həyatı qurub.

Toy bitdi, iş başladı Toy bitdi, iş başladı Toy bitdi, iş başladı