Aktyor Tom Kruz rejissor Alexandro Qonsales İnyarritunun satirik komediyası “Digger” filminin ilk promokadrlarında tamamilə fərqli obrazda görünüb.
OLAY yazır ki, 64 yaşlı aktyor ağ saçlı, qrim vasitəsilə daha yaşlı və iri cüssəli göstərilən eksentrik milyarder Diqqer Rokvell obrazına çevrilib.
İstifadəçilər şərhlərdə təəccüblərini gizlətməyiblər, çoxları ekrandakı şəxsin həqiqətən də Kruz olduğuna inanmaqdan imtina edib.