“Taşacak Bu Deniz” serialında yeni mövsüm qabağı gözlənilməz ayrılıq baş verib.

OLAY yazır ki, serialda “Gezep” obrazına həyat verən Onur Dilber sosial media hesabında paylaşdığı açıqlama ilə layihədən ayrıldığını bildirib.

Aktyorun açıqlaması qısa zamanda pərəstişkarlar arasında gündəmə çevrilib və “Gezep” obrazının hekayəsinin necə davam edəcəyi maraq doğurub.

 “TBD izləyicilərinə təşəkkür edirəm. Təəssüf ki, yarım qalan bir Gezep hekayəsi var, amma eybi yoxdur, gec də olsa haqq yerini tapsın. Amin!” deyə aktyor bildirib.

“Taşacak Bu Deniz”ə ani vida!