Əfsanəvi pop ulduzu Maykl Cekson haqqında çəkilən “Michael” filmi bioqrafik filmləri arasında tarixdə ən çox gəlir gətirən film olub.

OLAY yazır ki, baş rolda müğənninin qardaşı oğlu Cafar Cekson çıxış edib. Film dünya üzrə ümumilikdə 911,9 milyon dollar gəlir əldə edib.

Beləliklə, “Michael” təxminən 8 il ərzində rekordu əlində saxlayan “Bohemian Rhapsody” filmini (910,8 milyon dollar) geridə qoyub.

Filmin Yaponiya premyerasından sonra gəlirinin daha da artacağı və ümumi rəqəmin 1 milyard dolları keçə biləcəyi bildirilir.

Tarixin ən gəlirli bioqrafik filmi oldu!