Rejissor Kventin Tarantino uzun fasilədən sonra həyat yoldaşı, israilli müğənni və aktrisa Daniella Pick ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

OLAY yazır ki, bu barədə Daily Mail məlumat yayıb. Tarantino həyat yoldaşının rol aldığı “The perfect game” adlı filmin premyerasına qatılıb. Filmin rejissoru Danni A. Abekayzer, heyətdə isə Devid Arket və Eli Danker də yer alıb. Ekran əsərinin çəkilişləri İsrail və Gürcüstanda baş tutub.

Qeyd edək ki, Kventin Tarantino hazırda həyat yoldaşı Daniella Pick ilə birlikdə İsraildə yaşayır. 2025-ci ilin aprelində rejissor bu ölkədə ev tikmək üçün torpaq sahəsi alıb.

Tarantino və Pick 2018-ci ildə evləniblər. 2020-ci ildə onların Leo adlı oğulları, 2022-ci ildə isə qızları dünyaya gəlib. Oğlunun adının rejissorun bir çox filmlərində birlikdə çalışdığı Leonardo DiKaprionun şərəfinə qoyulduğu deyilsə də, Tarantino bu iddianı Cimmi Kimmelin şousunda təkzib edib.

2025-ci ilin yanvarında Kventin Tarantino açıqlamasında uşaqlarına görə kinoya qayıtmağa tələsmədiyini bildirib. Onun sözlərinə görə, oğlu ən azı 6 yaşına çatmadan film çəkməyi düşünmür.

Tarantino uzun zaman sonra xanımı ilə