“ATV” kanalında yayımlanan türk istehsalı “Aşk ve Taht” serialı final bölümü ilə reytinq siyahılarında gözləntiləri xeyli aşağı səviyyədə qarşılayıb.

OLAY yazır ki, yeni mövsüm üçün hazırlıqları aparılan və baş rolunda Akın Akınözü yer alan serial son bölümü ilə tamaşaçıların qarşısına çıxarkən “Total”, “AB” və “ABC1” kateqoriyalarındakı nəticələri ilə diqqət çəkib. Gecənin reytinq siyahısında “Sevdan Bir Ateş” və “Yeraltı” serialları ön sıralarda qərarlaşıb.

Final bölümü ilə ekranlara vida edən “Aşk ve Taht” 0,85 reytinqlə siyahının 30-cu pilləsində qərarlaşıb. Beləliklə, ekran macərasını başa vuran serial üç reytinq kateqoriyasının heç birində 1 bal həddini keçə bilməyib.

Serialın reytinq nəticələri belə olub:

  • Total: 0,85

  • AB: 0,57

  • ABC1: 0,77

Son bölüm reytinqi təəccübləndirdi