“Show TV”nin yeni mövsümdə tamaşaçılarla görüşdürəcəyi serialın Türkiyə adaptasiyası olan “Cevher” layihəsi ilə bağlı diqqətçəkən ayrılıq yaşanıb.

OLAY yazır ki, serialın baş rolu üçün prinsipial razılığa gəldiyi deyilən Özgü Namalın şərtlər istədiyi kimi inkişaf etmədiyi üçün layihədən çəkildiyi bildirilir.

Digər tərəfdən, “Cevher” serialının rejissorluğu üçün anlaşan Neslihan Yeşilyurt da açıqlamasında “Hazırlıq prosesini böyük diqqət və həyəcanla davam etdirdiyimiz “Cevher” layihəsində yaradıcılıq baxımından yaşadığımız fikir ayrılıqları səbəbilə qarşılıqlı anlaşma və razılaşma çərçivəsində prodüser şirkətimizlə yollarımızı ayırmışıq” deyə bildirib.