Aliye Uzunatağan bu mövsüm “Kızılcık Şerbeti” serialına vida edib.

OLAY yazır ki, serialın prodüseri Faruk Turgutla aralarında problem olduğu iddia edilən Uzunatağan məsələ ilə bağlı ilk dəfə danışıb.

Serialdan ayrılma prosesində ortaya çıxan iddialarla bağlı suala da cavab verən Aliye Uzunatağan “Tərbiyəm gördüyüm iş haqqında danışmağıma icazə vermir. Mən belə bir insanam. Faruk bəyi çox sevirəm. Sadəcə, bir anlaşılmazlıq olub... Kaş ki, Faruk bəy bunları deməzdən əvvəl mənimlə danışsaydı” deyə bildirib.

Serialdan çıxan aktrisa: “Tərbiyəm icazə verməz”