Soy Production-ın istehsalı olan “Sənin üçün” filminin təqdimat gecəsi keçirilib. Tədbir “Cinemastercard” kinoteatrında baş tutub.

OLAY yazır ki, təqdimatda filmin prodüseri və baş rolun ifaçısı Əməkdar artist Dilarə Əliyeva və ssenari müəllifi Fariz Əliyev iştirak ediblər.

Filmi izləməyə gələn qonaqlar arasında müğənni Aysel Əlizadə, aparıcı Samir Bayramlı, şairə Sevinc Çılğın və digər sənət nümayəndələri yer alıb.

Nənələr və Babalar Gününə təsadüf edən film babaya həsr olunub. Layihədə D.Əliyevanın uşaqlıq obrazını Firuzə Anarqızı canlandırıb.