Əfsanəvi fubolçu Kriştianu Ronaldo prodüser rolunda özünü sınayacaq və futbol agenti haqqında serialın yaradılmasında iştirak edəcək.

OLAY yazır ki, idmançı serialda epizodik rolda da görünəcək. Serialın adı “Birinci gün” (“Day One”) olacaq. Baş rolda “Bir zamanlar Hollivudda” filminin ulduzu Demian Lyuisin çıxış edəcəyi gözlənilir. Ekranda həmçinin “Arsenal”ın keçmiş futbolçusu Tyerri Anri və repçi Deyv də görünəcək.