Türk istehsalı “A.B.İ” serialının 2-ci mövsüm çəkilişləri avqustun 22-də başlayacaq.
OLAY yazır ki, Yağız Alp Akaydının rejissorluq edəcəyi, Ertan Kurtulanın ssenarisini yazdığı serialın baş qadın rolunda oynamaq üçün aktrisa Bergüzar Korelə təklif göndərilib.
Korelin Kenan İmirzalıoğlu ilə “Karadayı” serialından sonra yenidən bir araya gəlib-gəlməyəcəyi maraq doğururdu.
Son xəbərlərə görə, Bergüzar Korel “A.B.İ.” serialında rol almaq üçün razılığa gəlib.