Türk istehsalı "Taşacak Bu Deniz" serialında tamaşaçıları təəccübləndirən bir ayrılıq yaşanıb.

OLAY yazır ki, serialda Eleninin ögey anası Melina Miryanonu canlandıran Gerçek Alnıaçıki sosial şəbəkədə etdiyi paylaşım ilə layihədən ayrıldığını elan edib:

“Melina Miryano... 9 bölüm olaraq başlayan hekayəmiz, arada fasilələr olsa da, mövsümün sonuna qədər davam etdi. Bu səyahətdə tanış olduğum “OGM” və möhtəşəm “TBD” komandası, birlikdə çalışmaqdan böyük zövq aldığım dəyərli rejissorlarımız, hər biri bir-birindən istedadlı aktyor dostlarım, kanalımız və əlbəttə ki, siz - “TBD” tamaşaçıları; hamınıza təşəkkür edirəm. Yenidən başqa bir macərada görüşənədək, hələlik sağ olun. Yeri gəlmişkən, ilk səhnəmi səninlə çəkmişdim, son səhnəmi də səninlə çəkdim, dostum Aytek Şayan. Ağlına və ürəyinə sağlıq.”