“Netflix” platforması “Boots” və “Olympo” seriallarının ikinci mövsümünü çəkməyəcək.
OLAY yazır ki, birinci sezonu böyük maraqla izlənən LGBT mövzulu “Boots” serialı keçmiş ABŞ Dəniz Piyadası Qreq Kop Vaytın “The Pink Marine” adlı xatirə kitabı əsasında çəkilib. Səkkiz seriyadan ibarət olan serial orientasiyasını gizlədən Kemeron Kopun ən yaxın dostu Rey Makeffey ilə birlikdə orduya qoşulmasından bəhs edir. Serial ümumilikdə bəyənilsə də, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sərt reaksiya verib. Pentaqon Netflix-i “woke təbliğatı” aparmaqda ittiham edən bir açıqlama yayımlayıb. Pentaqonun Mətbuat Katibi Kinqz Vilson serialı “ideoloji gündəmini yaymağa çalışan “woke” zibilliyi” adlandırıb.
Vilson açıqlamasında belə deyib:
“Prezident Tramp və Müdafiə naziri Pit Hegset dövründə ABŞ ordusu döyüşçü ruhunu yenidən bərpa etməyə fokuslanıb. Standartlarımız elit, vahid və gender baxımından neytraldır. Çünki bir bel çantasının və ya insan bədəninin çəkisi insanın kişi, qadın, homoseksual və ya heteroseksual olmasına baxmır”.
“Olympo” serialının hansı səbəbdən ləğv edilməsi ilə bağlı isə “Netflix“ açıqlama verməyib.