İrlandiyalı aktrisa, İrlandiya tarixində “Oskar” mükafatını qazanan ilk aktrisa olan Brenda Friker 81 yaşında vəfat edib.
OLAY yazır ki, Brenda Friker tamaşaçıların yaddaşında xüsusilə “Evdə Tək” filmində canlandırdığı “göyərçinli qadın” obrazı ilə qalıb. O, filmdə Makkoley Kalkinlə birlikdə rol alıb. Frikerin canlandırdığı qəhrəman Nyu-Yorkun Mərkəzi Parkında yaşayan, qapalı xarakterli evsiz bir qadın idi və filmdə Kevin Makkallisterlə dostluq edirdi.