Moda dünyasının unudulmaz simalarından olan, 2019-cu ildə dünyasını dəyişən modelyer Karl Laqerfeldin həyatı seriala çevrilir.

OLAY yazır ki, Karlın dizayner kimi yüksəlişinə diqqət yetirəcək ekran işini “Disney” istehsal edəcək.

6 bölümdən ibarət olacaq layihədə 1970-ci illərdə Paris moda dünyasında baş verən hadisələr əhatələnəcək.

Serialda Laqerfeld obrazını isə aktyor Daniel Brühl canlandıracaq.

Əfsanəvi modelyerin həyatı seriala çevrilir Əfsanəvi modelyerin həyatı seriala çevrilir Əfsanəvi modelyerin həyatı seriala çevrilir