“Kanal D”nin yeni serialı “Daha 17” artıq beynəlxalq platformada da yayımlanır.

OLAY yazır ki, Rusiyanın aparıcı rəqəmsal yayım platformalarından olan “IVI” bu layihəni “Kanal D” ilə eyni vaxtda izləyicilərə təqdim edib.

Serial ilk iki bölümü ilə platformanın ən çox izlənən layihələri sırasına daxil olaraq “Top 10”a yüksəlib. Bu nəticə “Daha 17”nin beynəlxalq bazarda güclü potensiala sahib olduğunu və xüsusilə gənc tamaşaçılarla yaxşı bağ qurduğunu göstərir.