Türk televiziya tarixinin unudulmaz seriallarından olan “Çılgın Bediş” 25 ildən sonra film versiyası ilə geri qayıdır.

OLAY yazır ki, əfsanəvi layihəni son illərdə böyük büdcəli filmləri ilə kinoteatrlara yeni nəfəs gətirən “Poll Films” şirkətinin sahibi Polat Yağcı böyük ekrana daşıyacaq.

8 iyul 1996-cı ildən 18 sentyabr 1999-cu ilədək “Kanal D” kanalında 70 bölüm yayımlanan serial öz dövrünə damğa vurub, yüksək izlənmə reytinqləri ilə rekordlar qırıb.

“Çılgın Bediş” qayıdır!