Əfsanəvi türk sənətçi Bülent Ersoyun həyat hekayəsi ilk dəfə film olaraq tamaşaçılara təqdim ediləcək.

OLAY yazır ki, ekran işinin Mine Şengöz tərəfindən yazılmış ssenarisi sənətçi tərəfindən təsdiqlənib. 50 ildən artıqdır səhnə fəaliyyətini davam etdirən Bülent Ersoy bu müddətdə çoxsaylı hit mahnılara imza atıb. 1997-ci ildə Yaponiyada aparılan araşdırmanın nəticələrinə əsasən, onun səsi “100 faiz qüsursuz” elan olunub.

Sənətçinin həyatından bəhs edən filmin 2027-ci ildə kinoteatrlarda nümayiş olunacağı da açıqlanıb.

Bülent Ersoyun həyatı film olur