Türk istehsalı “Aşk Tesadüfleri Sever” filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyulda start veriləcək.

OLAY yazır ki, tanınmış aktrisa Güler Ökten filmdə Mavinin (Devrim Özkan) nənəsi Elif obrazı ilə tamaşaçıların qarşısına çıxacaq. Elifin gənclik illərini isə məşhur aktrisa Bennu Yıldırımlar canlandıracaq.

Xatırladaq ki, şəxsi həyatlarında da çox yaxın dost olan Güler Ökten və Bennu Yıldırımlar əfsanəvi “Yaprak Dökümü” serialında gəlin və qayınana obrazları ilə yaddaşlara həkk olub.

Bu dəfə “qayınana”sının gəncliyi olacaq