Hələ 2 bölümü yayımlanmasına baxmayaraq diqqət çəkməyi bacaran türk istehsalı “Başkalarının Hayatı” serialı haqqında maraqlı iddia irəli sürülüb.
OLAY yazır ki, “Kara Melek”, “Kırık Ayna”, “Marziya” və “Melekler Adası” kimi bir çox ekran işinin ssenaristi Nuran Devres ekran macərasına yeni başlayan serialın əsas hekayəsinin Devresin ssenarisini yazdığı 1997-ci il istehsalı “Kara Melek”lə oxşarlıq təşkil etdiyini iddia edib.