Trabzon şəhərində çəkiləcək olan “Sevdam Karadeniz” serialında gözlənilməz ayrılıq baş verib.
OLAY yazır ki, “Mia Yapım” tərəfindən hazırlanan serialın baş rol aktyoru Emre Bey layihədən ayrılıb.
Aytaç Çiçekin rejissorluq edəcəyi serialda Kuzey Alazlı obrazını canlandırmağa hazırlaşan məşhur aktyor prodüser Banu Akdeniz ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıb.
Serialda Kuzey Alazlı obrazını bundan sonra kimin canlandıracağı isə artıq maraq mövzusuna çevrilib.