Daha əvvəl “Söz” serialında canlandırdığı “Üsteğmen Zafer Yaman” obrazı ilə tamaşaçıların rəğbətini qazanan milli idmançı və aktyor Avatar Atakan maraqla gözlənilən layihənin heyətinə qoşulub.

OLAY yazır ki, türk istehsalı yeni “Nizamülmülk Altın Çağ” serialı 13 iyun tarixində çəkilişlərə başlayacaq.

Seriala Emir Khalizadeh rəhbərlik edəcək. Avatar Atakan layihənin sürpriz simalarından biri olan “Komutan Bedros” obrazını canlandıracaq və gözlənilməz xarakteri ilə diqqət mərkəzinə düşəcək.

Avatar Atakan serialda rol alacaq