“ARC Film”in iddialı serialı “Ölüm Bizi Ayırana Dek” oktyabrın 15-də çəkilişlərə başlayacaq.
OLAY yazır ki, serialın heyətinə təcrübəli bir aktyor da qoşulub.
Ekran tarixinin ən uzun müddət yayımlanan serialı “Arka Sokaklar”da “Hüsnü Çoban” obrazı ilə yaddaşlara həkk olunan Özgür Ozan “Ölüm Bizi Ayırana Dek” serialında rol alacaq.
Ozan serialda iş adamı “İzzet Akay” obrazını canlandıracaq. O, həmçinin inşaat mühəndisi “Uygar Soykan”ın qayınatası və “Işıl”ın atası rolunda çıxış edəcək.