İş həyatında elə məqamlar var ki, artıq problem kimi belə qəbul edilmir.

OLAY yazır ki, artıq dünyanın bir çox ölkələrində maaş artımı istəmək ayıb sayılır, əlavə iş saatları isə adi hal kimi qarşılanır, tükənmişlik şəxsi problem hesab olunur, susmaq isə karyera strategiyası kimi dəyərləndirilir.

Əsas problem isə bunların yaşanması deyil, cəmiyyətdə normaya çevrilməsidir. Belə halların bir neçəsinə nəzər salaq:

1) Maaş artımı istəməyin ayıb, əlavə iş saatlarının salınmasının isə normal qarşılanması.

2) İşəgötürənin işçidən sədaqət gözlədiyi halda, ilk fürsətdə onu başqası ilə əvəz edə bilməsi.

3) CV-dəki işsiz qalmış dövrün tükənmişlikdən daha böyük problem kimi qiymətləndirilməsi.

4) “Sənin yerinə yüz nəfər tapılar” ifadəsinin idarəetmə üsulu kimi istifadə olunması.

5) Mobbinqin korporativ mədəniyyət hesab edilməsi.

6) İşçinin performansının deyil, susmasının mükafatlandırılması.