Müğənni İrem Derici maraqlı açıqlaması ilə gündəmə gəlib.
OLAY yazır ki, ifaçı özüdə daxil olmaqla həmkarlarının “İnstagram”da ən azı 3 saxta hesabının olduğunu etiraf edib.
O, həmin profillərlə haqqında çıxan xəbərlərə şərh yazdığını deyib: “Ola bilər ki, həmin profillıərdən biri bloklanar, digəri bağlanar və s. Saxta hesabların daha real görünməsi üçün də, biri ilə özümü müdafiə edirəmsə, digəri ilə özümə təhqir yazıram. Həmin profillərlə mübahisəni alovlandırıram”.