Əməkdar artist Pənahəli xan obrazında - VİDEO

Əməkdar artist Pənahəli xan obrazında - VİDEO

Əməkdar artist Bəhruz Vaqifoğlunun baş rolda olduğu Zəfər gününə aid videoçarx yayımlanıb.

OLAY yazır ki, aktyor rejissor Cəlal Kəngərlinin ərsəyə gətirdiyi videoda Şuşa xanı Pənahəli xanı canlandırır.

Videoda Pənahəli xanın ruhunun Şuşanın sıldırımlı qayalarını aşan əsgərlərimizə yardım etməsi təsvir edilib.

Görüntülərdəki səsləndirmə isə Xalq artisti Nurəddin Mehdixanlıya məxsusdur.