Azad Rəhimovun hələ də məzar daşı yoxdur

Azad Rəhimovun hələ də məzar daşı yoxdur

Bu ilin aprelində dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimova məzar daşı qoyulmayıb.  

OLAY yazır ki, 57 yaşında həyatını itirən nazirin ölümündən 7 ay keçsə də, onun qəbirüstü abidəsi qurulmayıb.

OLAY Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevlə əlaqə saxlayıb. O, bu işin onların səlahiyyətlərinə aid olmadığını söyləyib.