WOW
WOW

“Xalq yazıçısından bunu soruşmağa utanmırsız?”

“Xalq yazıçısından bunu soruşmağa utanmırsız?”

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qurultay üçün ayrılan vəsait məsələsinə aydınlıq gətirib.

OLAY APA-ya istinadən yazır ki, o, jurnalistlərə açıqlamasında xərclərin təşkilati məsələlərə istifadə olunduğunu bildirib.

“Necə yəni? Bu qədər adama, qonağa bilet alınıb. Buranın - teatrın icarə haqqı ödənilib. Qonaqlar mehmanxanalara yerləşdirilib, kitablar çap edilib. Bəs sizcə, bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsız? Nə danışırsız, biz daha çox xərcləmişik. Başa düşürsüz? Utanmırsız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?”, - deyə, Abdullayev qeyd edib.

Xatırladaq ki, yazıçıların qurultayının keçirilməsi üçün AYB-yə 203 min manat pul ayrılıb.